Ən çox soruşulan suallar
Aşağıdakı formu doldurmaqla həkimə sualınızı ünvanlaya biləsiniz.
Suallar təsdiqləndikdən sonra saytda paylaşılmaqdır.
Suallar təsdiqləndikdən sonra saytda paylaşılmaqdır.
01. Hepatit əlamətləri nədir?
- Ürək bulanması, qusma, ishal,
- Şiddətli iştahsızlıq,
- Mədə – bağırsaq şikayətləri,
- Qarnın üst bölgəsində ağrı,
- Yorğunluq.
Tək Hepatit – A-da 38 C yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönər.
Virual Hepatitlərdəki ən tipik ifadə olunan:
- Göz ağının, dəri və mukoz membranların saralması,
- Sidiyin rənginin tündləşməsi,
- Nəcisin rənginin açılmasıdır. Xəstəliyin başlanğıcından 2 – 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.[
02. Hepatit yoluxma səbəbləri
Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girər. Bu vəziyyət, kəslərin tualetə getdikdən sonra əllərini yumaması və çirkli əlləriylə sağlam kəslərin yeməklərinə toxunması ilə də meydana gələr. Hepatit virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Ölkəmizdə, kəndlərdə tualetlər ümumiyyətlə çöldədir və meyvə-tərəvəzlərin yetişdirildiyi yerlərə yaxındır. Gübrə olaraq torpağa axıdılan Hepatit-A virusu ilə yoluxmuş suvarma suları, çiy yeyilən kahı, cəfəri, təzə soğan, və başqa bu kimi yaşıllıqlara və tərəvəzlərə bulaşmaqda və bu çirkli yaşıllıqların kifayət qədər təmizlənə bilməməsi də böyük yoluxmalara səbəb olmaqdadır. Müşahidələrə görə bütün restoranlarda hazırlanan salatların tərəvəzləri və guya yuyunmuş olaraq gətirilən kahı-cəfəri və başqa göyərtilər əlbəttə ki, bir ləyən və ya vedrədəki suya batırılıb çıxarılmaqla təmiz olması mümkün olmadığı halda (!) süfrələrimizə gətirilməkdədir. İfrağatla çirklənən sulardan toplanan göyərtilər, tərəvəzlər və qabıqlı dəniz məhsullarının yeyilməsi, xüsusilə payız və qış aylarında epidemiyalara səbəb olmaqdadır. Hepatit A xəstəliyi keçirən adam ilə yaxın təmas və cinsi əlaqə də xəstəliyin yayılmasına səbəb olur.
03. Xəstəlikdən qorunma tədbirləri
Xalqın fərdi gigiyena, əllərin tez-tez yuyunması, və tullantıların sağlam uzaqlaşdırılması qaydaların riayət etməsi:
Sağlam içmə və istifadə etmə sununun təmini ilə,
Kafi kanalizasiya sistemlərinin təmiri,
Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyunması və bişirilməsiylə,
Bakterioloji idarə olunmayan içmə sularının qaynadılmasıyla,
Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsilə xəs- təliyin qarşısı alına bilər.
Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz.
04. Hepatit A nədir?
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.
05. Hepatit A Xəstəlikdən qorunma üsulları
Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır.
Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar.
Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
06. Hepatit B nədir?
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.
07. Hepatit B təhlükəsi
Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.
HBV prevalence 2005.png
Risk daşıyan qruplar
Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:
a) Səhiyyə personalı,
b) Çox sayda qan köçürmə edilən xəstələr,
c) Hemofil və hemodiyaliz xəstələr,
d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,
e) Homoseksual və biseksual kişilər,
f) Damar daxili narkotik istifadə edənlər,
g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi,yurd və həbsxana kimi yerlərdə yaşa- yanlar,
h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.
08. Hepatit B təhlükəsi
Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.
HBV prevalence 2005.png
Risk daşıyan qruplar
Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:
a) Səhiyyə personalı,
b) Çox sayda qan köçürmə edilən xəstələr,
c) Hemofil və hemodiyaliz xəstələr,
d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,
e) Homoseksual və biseksual kişilər,
f) Damar daxili narkotik istifadə edənlər,
g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi,yurd və həbsxana kimi yerlərdə yaşa- yanlar,
h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.
09. Hepatit B-nin yoluxması
Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
a) Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində (perkutan ya da parenteral yoluxma),
b) İnsandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə (horizontal yoluxma),
c) Cinsi yolla,
d) Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.
Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və adamın immun sisteminin müqavimətindnə asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişər.
10. Hepatit B infeksiyasının əlamətləri
Virusla yoluxmuş şəxslərin təxminən 50-65% -ində heç bir xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30-50%-inde əzginlik, yorğunluq, yüngül tempratur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur.
Uşaqların 10%-indən azında, yeniyetmələrin 30-50%-inde sarılıq görülə bilər. Virusla yoluxanların 1% -inden daha azında infeksiya kəskin qaraciyər çatmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərər. Kəskin infeksiyanın təxminən 1-6 həftəlik kliniki seyri vardır. Bu sırada xəstələrdə dəyişən dərəcələrdə qaraciyər fermentləri və qan hüceyrələrinin dağıtma məhsulunda yüksəlmə müşahidə olunur.
11. Hepatit B infeksiyasının uşaq və yeniyetmələrdə yayılması
Kəskin infeksiya uşaqlarda yeniyetmələrə görə daha yüngül və klinika vermədən yayılar. Ancaq körpələrin immun sistemi səbəbiylə infeksiya yetişkinlərə görə daha çox nisbətdə xronikiləşməyə meyllidir. Yenidoğulmuşların 5-10%-ındə, 1-5 yaş qrupundakı uşaqların 70%-inde, yaşlıların isə 90-95%-inde virus 6 ay içində bədəndən təmizlənər və immunitet inkişaf edər. Kəskin infeksiya yetkin yaşda olanların yalnız 5-10%-inda xronikiləşirkən, yenidoğulmuşların 90-95%-inde, uşaq və yeniyetmələin 30%-inda xronikiləşər və pasiyent virus gəzdirən olar. Bu xəstələrin xroniki qaraciyər xəstəlikləri cəhətdən ekspert həkimlər tərəfindən izlənilməsi lazım- dır. Xroniki qaraciyər xəstəlikləri inkişaf etdiyində µ-interferon müalicəsi istifadə edilə bilər, ancaq müvəffəqiyyəti məhduddur.
12. Hepatit B daşıyıcısı kimlərdir?
Kəskin infeksiyadan sonra 6 ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu və ya virus zülallarını qanlarında daşıyan kəslərə virus daşıyıcı deyilir. Əvvəlcə, bu kəslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu kəslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm bir əlaqə vardır. Xroniki virus daşıyıcılarında primer hepatosellular karsinoma inkişaf riski daşıyıcı olmayanlara görə 200 dəfə çoxdur. Xroniki Hepatit B daşıyıcıları ilə virusun yoluxma yollarından biri ilə təmas edənlərə yalnız peyvənd etmək kafi qoruyuculuğu təmin edər.
13. Hepatit B infeksiyasından qorunma yolları
İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndinin (vaksininin) xərçəng əmələ gətirməsi söz-söhbəti səhvdir. Tam tərsinə peyvənd ilə Hepatit B infeksiyasından qorunulmazsa, Hepatit B yoluxması ilə belə bir riskə girmək söz mövzusudur. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur
14. Hepatit C haqqında ümumi məlumat
Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası anti–virus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. Ehtimal olunur ki, dünyada 150-200 milyon adam C Hepatiti ilə yoluxmuşdur.
Hepatit C virusu altı tanınmış hepatit viruslarındandan biridir: A, B, C, D, E, G.
1970-ci illərin ortalarında Səhiyyə İnstitutunun İnfeksion Xəstəliklər Bölməsinin Rəhbəri Harvi J. Alter və onun tədqiqat komandası nümayiş etdi ki, əksər hepatit xəstələrində xəstəlik törədiciləri hepatit A və B deyil. Bu kəşfə, beynəlxalq elmi-tədqiqat işi virusu tanımaq üçün, qeyri A,B hepatiti adlandırdı (NANBH).
2000-ci ildə, həkimlər Alter və Houghton virusun kəşfinə görə "qabaqcıl iş üçün" Klinik Tibbi Tədqiqat Lasker Mükafatı ilə təltif olundu – hansı ki o C hepatitini növlərə ayırmağın metodlarını və virusu aşkara çıxartmışdır. Eyni zamanda ABŞ-da qan köçürmədə virusun yayılmasının 30% qarşısının almışdır.
Qaraciyər sirrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Birinci faza 6 ay müddətinə çəkir. 60 – 70% xəstələrdə heç bir simptom müşahidə olunmur. Bəzi hallarda pasiyentlərdə kəskin hepatitə da rast gəlinir. Kəskin hepatit C infeksiyasının simptomlarına iştahanın azalması, yorğunluq, qarın boşluğunda ağrılar, sarılıq və qripə bənzər simptomlar aiddir. Hepatit C virusu adətən ilk 1-3 həftə ərzində qanda tapılır.Anticisimlər qanda 3-12 həftə ərzində tapılır. 15-40% şəxslərdə kəskin fazada qaraciyərin yüksək fəallığı nəti-cəsində bu virusun spontan təmizlənməsi baş verir. 60-85% Hepatit ilə yoluxmuş pasientlər C xroniki hepatitini inkişaf etdirir və infeksiya 6 aydan çox davam edir. Əvvəlki praktikada əgər xəstə öz-özünə təmizlənərdisə müalicə etmək məsləhət görülmürdü. Son tədqiqatlar göstərirki, genotipin kəskin fazasında müalicəyə sərf olunan vaxt 90% hallarda xroniki xəstəlik fazasında sərf olunan vaxtdan 2 dəfə azdır və bu zaman virusun böyük əksəriyyətinin təmizləmək mümkündür. C xroniki hepatiti altı aydan çox davam edən hepatit C virusu infeksiyası kimi müəyyən edilir. Bu əksər halda simptomsuzdur və bu əsasən təsadüfən aşkar edilir.
Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. Ümumi simptomlara isə yorğunluğu, çəkinin azalmasını, qripə bənzər simptomları, əzələ ağrısını, oynaq ağrı- sını, dayanıqsız aşağı hərarəti, qaşınmanı, həyəcanlanmanı, qarın ağrısını xüsusilə yuxarı sektorda, iştaha dəyişikliklərini, ürək bulanmasını, diareya, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmk olar.
Hepatit virusları xırda (50 nm ölçüdə), RNT tərkibli viruslara aiddir. Bu Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun altı əsas genotipi var – hansı ki rəqəmlə (məsələn, genotip 1, genotip 2 və s.) göstərilir.
15. Hepatit C ilə yoluxma
Virus qaraciyərdə və qanda tapılar. Əsas yoluxma yolu qanladır. Məsələn,
iki adam eyni iynəni istifadə etsələr yoluxma ola bilər. Bunun ən məşhur
şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir
adama, Hepatit C virusu daşıyan bir adamın qanının köçürülməsi kimi. İndiki
vaxtda edilən testlər ilə bu artıq tamamilə qeyri-mümkün kimidir. Ancaq,
1990-cı iln əvvəli xəstəlik bilinmədiyindən və diaqnoz testləri
olmadığından, bu dövrdə edilən qan köçürmələri risk daşıya bilərdi. Virus
tüpürcək, sidik, sperma kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi
əlaqə əsnasında bulaşma nadirdir. Bədən mayelərində virus olması üçün bu
mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama).
Virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma
baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə
istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu
ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan
ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər. Hepatit C
əlamətləri ürək bulanması, aşağı səviyyədə tempratur, qarın bölgəsi və
qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən
sarılıq, qusma və halsızlıq şəklindədir. Bu əlamətlər atipik olduğu qədər,
əvvəl də deyildiyi kimi xəstəlik faktorunun alınmasından çox uzun zaman
sonra da ortaya çıxa bilir. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi
5%-dir. Hepatit C -də hazırlayıcı faktorlar yəni Hepatit C infeksiyasına
uyğun hala gəlməsinə səbəb olan faktorlar aşağıdakılardır.
Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
Spirt istifadəsi,
Siqaret istifadəsi,
Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
Qida və fərdi gigiyenaya diqqət edilməməsi.
Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb
olar.