Məqalə

Hepatit Hepatit C Qaraciyər

HEPATİT C haqqında

HEPATİT C haqqında
Hepatit C əsrimizin bəlalarından sayılırdı,hətta sağalmaz xəstəlik hesab olunurdu.Qaraciyər sinirlə zəi təchiz olunduğuna görə hətta ağır xəstəliklər zamanı ağrı olmur qaraciyərdə.Ağrımadığına görə xəstələr ilkin mərhələlərdə xəbər tuta bilmirdilər,xəstəlik əlamətləri ilə üzə çıxanda isə artıq gec olurdu.Elə bu xüsusiyyətlərinə yəni Hepatitlər ağrı vermədiyinə görə bəzən “əzizləyici ölüm” yaxud “səssiz qatil” adlanırdı.

Çox sevindirici məqamdir ki artiq hepatit c xəstəliyi 12 həftədə tam sağalan xəstəlikdir.

Hepatit C necə yoluxur?

Hepatit C əsasən qan təması ilə yoluxur.Xüsusən tibbi alətlər,təraş dəstləri,bərbərxana vasitələri ilə yoluxa bilər.Bu üzdən hər bir kəsə gigiyenik qaydalara diqqətli əməl etməyi tövsiyyə edirik.Kişilər bərbərxanalara gedərkən öz dəstlərini aparsalar yaxşı olar.Yaxud xüsusi məhlulla alətlərin sterilizasiyasını tələb etməlidirlər.Qadınların da eyni zamanda şəxsi manikür,pedikür dəstləri olarsa yoluxmanın qarşısını böyük ölçüdə almaq olar.Hepatit C-nin CİNSİ əlaqə yolu ilə də yoluxması mümkündür.Digər bir yoluxma yolu isə anadan yenidoğulmuşa yoluxa bilməsidir.Südverən analar da diqqətli olmalıdır.Çünki hepatit südlə yoluxmasa da uşağın döşəmməsi zamanı döş giləsində kiçik yaralanma ilə uşağa virus yoluxa bilər.

Hepatit C əlamətləri?

Hepatit C Yoluxduğu ilk 4 həftədə ümumi əlamətlər verə verə bilir.Bunlar halsızlıq ,ürəybulanma,sağ qabırğa altında xəfif ağrılar,sidiyin rəngində qızarma, ümumi qripəbənzər əlamətlər ola bilir.Daha sonra isə 85 faiz hallarda xəstəlik xronik formaya keçir,səssizcə qaraciyərə zərər vurmağa başlayır.Əgər təsadüfən əməliyyat öncəsi yaxud iş yerlərindən tələb olunan hepatit analizləri olmazsa nadir hallarda insanlar öncədən xəbər tuta bilir.BU SƏBƏBDƏN HƏR KƏSƏ İLDƏ BİR DƏFƏ PROFİLAKTİK MÜAYİNƏ OLUNMAĞI MƏSLƏHƏT GÖRÜRÜK.Həyat insana bir dəfə verilir çünki.