Məqalə

Mədə

Problemli mədənin əsas sirri Helicobacter-dir

Problemli mədənin əsas sirri Helicobacter-dir

Problemli mədənin əsas sirri Helicobacter-dir.

Əksər adamlarda varsa, bəlkə də bu problem deyil?

Əslində necədir: bu bakteriya hər kəsdə olmasada bir çox adamda var. İnsandan insana keçdiyi üçün onu qastriti olan adamdan və ya ümumi yeməkdən əldə etmək olar. Razılaşın ki, bu elədə çətin deyil.
Bakteriyanı yoxlayıb müalicə etmək olar təbii ki, lakin başqa bakteriyalar kimi yenidən qazanmaq olar - ömürlük vaksinası yoxdur.
Niyə yanılırıq: mədə üçün dərmanlar və ya antibiotiklər qəbul etdikdə analizlər mikrobu göstərməyə bilər və biz sağlam olduğumuzu düşünəcəyik. Beləliklə, mədə ağrılarının kəskinləşmə səbəbi axtarışında dəli ola bilərik. Qan analizi verdikdə isə nəticə bakteriyanın özünü yox onunla bağlı immun yaddaşında olan nəticəni verə bilər. Ona görə də bu analiz cavavbını müalicə etməyə lüzum yoxdur.
Təhlükəli yanı nədir: Helikobakterin fərqli növləri var. İtlərin cinsi kimidir, heyvan növü it, cinsi - buldoq, çixua, ovçarka və s. Helicobacter üçün isə bu CagA və VacA -dır. Biri mədədə yara (yazva) əmələ gətirir, digəri mədənin atrofiyasını yaradaraq mədə xərçənginə səbəb olur. Həm yara, həm atrofiya yaradan qarışıq növlər də olur. Tamamilə zərərsiz və silahsız Helicobacter də olur. Lakin bunu yalnız qan analizi ilə və daha öncə bu problemi müalicə etməyən şəxslərdə müəyyən etmək olur.