Məqalə

Qaraciyər

Qaraciyər piylənməsinin əlamətləri

Qaraciyər piylənməsinin əlamətləri

Qaraciyərin piylənməsi xəstəliyi ilkin inkişaf mərhələsində əlamətlər özünü vizual olaraq göstərmir. Lakin, həzm prosesinin tez-tez pozulması, ürəkbulanma, sağ qabırğaaltı nahiyədə ağırlıq hissləri kimi əlamətləri özünüzdə hiss etdikdə həkimə müraciət etmək məsləhət görülür. Adətən bu əlamətləri xəstələr ciddi qəbul etmirlər və qəbul etdiyi qidaların keyfiyyətsiz olması, soyuqdəymə və s. ilə əlaqələndirirlər. Xəstəlik tədricən dərinləşir və əlamətlərin sayı da artır. Xəstələr eyni zamanda ümumi zəiflikdən, səbəbsiz yorğunluqdan, fiziki aktivliyin aşağı düşməsindən, sağ qabırğaaltı nahiyədə ağrının tapılmasından da şikayətlənə bilərlər.