Məqalə

Bağırsaq Mədə

Qarın niyə böyüyür?

Qarın niyə böyüyür?

Abdominal piylənmə (piylərin qarın boşluğunda yığılması). İnsanın orqanizmində müəyyən miqdarda piy olmaldır. Bu normal fizioloji haldır. Lakin orqanizmdə piylərin normadan artıq yığılması təhlükəlidir. Artıq piy qarın boşluğunda yığılmağa başlayır ki, nəticədə insanın qarnı böyüyür. Buna visseral piy deyilir.
Visseral piy orqanların (mədənin, qara ciyərin, böyrəklərin, bağırsaqların) ətrafında yığılır və onların qan dövranını pozur. Piyin burada yığılması ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini artırır.
Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi bel çevrəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən, bel çevrəsi kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması abdominal piylənmənin inkişafına işarə edir.
Assit (qarın boşluğunda mayenin yığılması). Normada qarın boşluğunda cüzi miqdarda maye olur. Bu maye bağırsaqların daha rahat sürüşməsinə kömək edir və bitişmələrin əmələ gəlməsinə mane olur. Lakin bəzi ağır xəstəliklər zamanı (qara ciyər sirrozu, qara ciyər xərçəngi, bəzi ürək xəstəlikləri, şiş xəstəlikləri və s.) maye burada çoxlu miqdarda yığılır və nəticədə qarın böyüyür. Bu çox təhlükəli simptomdur.