Məqalə

Mədə

Quru meyvələrin faydaları

Quru meyvələrin faydaları

Hər gün ən əsas soyuq aylarda lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür. Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.
Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu reseptdən istifadə edə bilərlər: axşamdan 5 dənə qara gavalı qurusu üzərinə 1 stəkan qaynar su əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara “saat kimi” işləməyə kömək edəcək.
Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır.
Ərik qurusu da çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək xəstəlikləri olan insanlar üçün əsl təbii dərmandır.
Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar, hamilə qadınlar üçün olduqca faydalıdır.
️Qara kişmiş qanın tərkibini yaxşılaşdırır, damarları təmizləyir.
Kişmiş öskürək zamanı da yaxşı kömək edir. Kişmişi qaynar süddə isladın və sonra bu südü için, kişmişi isə yeyin.
Əncir qurusu ürək-damar sistemi xəstəlikləri, bronxial astma, öskürək zamanı olduqca faydalıdır, qəbizliklə mübarizədə də yaxşı kömək edir, iltihabəleyhinə təsir edir, bağırsaqlarda yaşayan parazitləri (qurdları) yox edir.
Əncir qurusu xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.
Alma qurusu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, ürək üçün xeyirlidir, anemiya zamanı kömək edir.
Meyvə qurulardan fayda almaq üçün hər gün müxtəlif meyvə quruları qarışdırıb onlardan bir ovuc götürüb qəbul edin. Qəbul etdikdən əvvəl onları yaxşı yumaq lazımdır.