Məqalə

Kolonoskopiya

Kolonoskopiya

Kolonoskopiya

Bilmədiyiniz bir yeriniz ağrıyanda bağırsaqdan başqa hər bir yeriniz haqqında fikirləşirsiniz.

Bəs bağırsağı necə yoxlamaq lazımdır?

Şübhə altına bağırsaq düşəndə əsas müayinə üsulu kolonoskopiya olacaqdır. Onu etmək mütləqdir. Bəli, elədə xoşa gələn prosedur deyil, lakin biz də istirahətdə deyilik. Başa düşəndə ki bağırsaq öz-özünə və ya basıldıqda ağrıyır, o zaman bağırsaqla endoskopun toxunuşu ağrılı olacaqdır. Ona görə də proseduru anesteziya və ya "yuxuda ikən" etmək lazımdır. Onda nə ağrı olmayacaq və bağırsağa da rahat, tam şəkildə baxmaq alınacaq. Hal-hazırda anesteziyanı demək olar ki, hər yerdə etmək mümkündür.
Kolonoskopiya ilə konkret nəsə axtarılmır, bağırsaqda olan istənilən problemə görə yoxlama aparılır. Biopsiyanı isə onkoloji problem axtardıqlarına görə götürmürlər, biopsiyadan qorxmaq lazım deyil. Sadəcə bu analiz bağırsağın quruluğunu mikro səviyyədə göstərir. Bəzən hansısa poliplərdə xərçəngöncəsi bəlirti tapırlar, onları isə aradan qaldırmaq lazımdır.
Bağırsaqla bağlı problem yarandıqda kolonoskopiya etmək istəmirik və hansısa yolla onu keçməyə çalışırıq. Bu heçdə düz fikir deyil. Çoxları bağırsağı USM vasitəsilə müayinə etməyə çalışır, lakin bu müayinə bağırsaq üçün tamamilə yararsızdır. Sadəcə ona görə ki USM boş bağırsağı görmür.
Biz simptomlara əsaslanırıq, onlar problem haqqında ilkin fikir yürütməyə köməklik edir. Məsələn, qəbizlik, ishal birbaşa bağırsaqla bağlı problemlərdir. Digər ağrılar başqa səbəblərdən də ola bilər. Qaz yığılması və şişkinlikdə bağırsaq və həzm problemləri ilə bağlıdı
Bağırsağın rentgeni (irriqoskopiya) da bu halda kömək etməz, çünki o 5-7 mm kiçik dəyişiklikləri pis görür və problemi nəzərdən qaçıra bilər və bu səbəbdən demək olar ki, istifadə olunmur. Nəcisin ümumi analizi kömək edə bilər, belə ki, iltihab əlamətlərini, mikrobların varlığın, qurdu və həzm pozğunluğunu aşkar edəcək